Pol Leonard-Morqan

Pol Leonard-Morqan

Bəstəkar

BİOQRAFİYA

Pol Leonard-Morqan – şotlandiyalı kino və televiziya bəstəkarıdır. “Ananas” (Pineapple) filminə bəstələdiyi musiqiyə görə BAFTA mükafatına layiq görülüb. Daha çox “Sərhədsiz” (Limitless -2011) filmi və onun sikveli sayılan eyniadlı serialının (2015-2016) bəstəkarı kimi şöhrət qazanıb. 2016-cı ildə “Sərhədsiz” serialına yazdığı saundtrekə görə, ən yaxşı orijinal drama bəstəsi nominasiyasında “Emmi” mükafatına namizəd olub. “Sərhədsiz” filminin (2011) musiqisinə görə isə 2012-ci ildə ASCAP Kino və Televiziya Musiqisi Mükafatına layiq görülüb. Karyerası ərzində 62 televiziya və bədii film və seriala musiqi yazıb. Son iki işi (American Dharma və THe Quite One) 2018-ci ildə istehsal olunan sənədli filmlərə yazdığı bəstələrdir. 2017-2018-ci illər ərzində “Sülalə” serialının bəstəkarı olub. Bəstəkar 1974-cü ildə Britaniyada anadan olub. Anası musiqi müəlliməsi olub və ona fortepiano, skripka və digər alətlərdə ifaçılığı öyrədib. 1995-ci ildə Şotlandiya Kral Musiqi və Dram Akademiyasını bitirib, musiqi sənəti üzrə bakalavr dərəcəsi əldə edib. 2008-ci ildə ABŞ Olimpiya komandasının himnini bəstələyib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0502794/awards?ref_=nm_awd

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç