Con Vaqner

Con Vaqner

Ssenarist, prodüser

BİOQRAFİYA
Con Vaqner – britaniyalı, amerikalı ssenarist, prodüser və komiks müəllifidir. Kinoda daha çox “Zorakılıq Tarixi” (History of Violence – 2005), “Hakim Dredd 3D” (Dredd – 2012), ”Hakim Dredd” ( Judge Dredd 1995), Search/Destroy: A Strontium Dog Fan Film” filmlərinin ssenaristi kimi tanınır. Karyerası ərzində 16 film ssenari yazıb. 2018-ci ildə “Hakim Dredd” silsiləsindən olan “1-nömrəli Meqa şəhər” filmin çəkilişinin başlanıldığı elan edilib. 1949-cu ildə ABŞ-ın Pensilvaniya ştatında anadan olub. 12 yaşında olanda valideynləri boşanıb və anası onu götürərək, doğma vətəni olan Şotlandiyaya geri qayıdıb. Uşaqlığını təsvir edərkən Vaqner, ABŞ-da həmin illərin çox çətin keçdiyini tez-tez dalaşdığını, başını müxtəlif dərdlərə saldığını, habelə Şotlandiyaya köçdükdən sonra orada intizamın nə olduğunu anladığını və aldığı tərbiyənin onun gələcək karyerasına və şəxsi həyatına böyük töhvələr verdiyini gizlətmir. Yeniyetməlik illərində D. C. Thomson & Co. şirkətində proza bölməsində redaktor köməkçisi vəzifəsinə işə düzəlir. Paralel olaraq horoskopları yazıb. 1971-ci ildən ssenarist olaraq müstəqil ssenarist və komiks müəllifi kimi fəaliyyətə başlayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0905957/

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç