Aleks Qarlend

Aleks Qarlend

Ssenarist

BİOQRAFİYA

Aleksandr Medavar “Aleks” Qarlend 26 may 1970-ci ildə Londonda (İngiltərə) əslən livanlı olan incəsənət xadiminin ailəsində anadan olub. Atası tanınmış siyasi karikaturaçı Nika Qarlenddır, anası nüfuzlu psixoanalitikdir. Aleks 1992-ci ildə incəsənət tarixi ixtisası üzrə Mançester Universitetini bitirib. Karyerasına komikslər çəkməklə başlayıb. Ancaq sonradan məyusluğa qapılaraq bu işin daşını atıb, illüstrator və frilans jurnalist kimi pul qazanmağa başlayıb. Daha sonra isə kitab yazmağa başlayıb. 1996-cı ildə “Çimrəlik” adlı romanı işıq üzü görüb və çıxar-çıxmaz bestsellerə çevrilib. Gənc müəllifin gözlənilməz uğuru onunla nəticələnir ki, dəbdəbəli jurnallar az qala onun “ovuna” çıxır, müsahibə almaq üçün qarışbaqarış izləyir. Habelə Qarland özü “ulduz xəstəliyi”nə tutulmur, indi də mətbuatda çox görüntülənməyi sevmir. Qarlandın ikinci kitabı “Tesserakt” fərqli rəylər qazanır. Bəzi tənqidçilər onu Tarantino üslubunu təqlid etmə cəhdində ittiham edir, dialoqların çox mürəkkəb və oxucu üçün anlaşılmaz olduğunu bildirir. "Tesserakt" 2003-cü ildə rejissor Oksid Pan tərəfindən ekranizasiya edilib. 2002-ci ilin noyabrında Aleksa Qarlandın yazdığı ssenari əsasında Britaniyanın ən məşhur qorxu filmlərindən sayılan “28 gün sonra” ekranlara çıxıb. Rejissor – “Çimərlik” romanın ekranizasiyasını çəkmiş köhnə dostu Denni Boyldur. Boyl bundan başqa 2007-ci ildə onun yazdığı ssenari əsasında “Günişığı” adlı elmi-fantastik trilleri lentə alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B0%D1%80%D0%BB%D0%B5%D0%BD%D0%B4,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç