Riçard Qrinberq
Ssenarist
Riçard Qrinberq 22 fevral 1958-ci ildə anadan olub. Uşaqlığı Nyu-Yorkun orta-sinif təbəqəsindən olan ailələrinin kompakt yaşadığı Nassau rayonunda keçib. Atası, Leon Qrinberq Nyu-Yorkun “Century Theatres” kinoteatrlar şəbəkəsinin icraçısı olub. 1976-cı ildə "İst Medou" orta məktəbini bitirib, daha sonra Pinsenton universitetinə daxil olub. Universitetdə Coys Keron Oeytsin başçılığı altında kreativ yazarlığı öyrənib. Harvardın iqtisadçı professoru Qreq Mankiv onun otaq yoldaşı olub. Daha sonra Harvard Universitetində ingilis dili və ədəbiyyatı üzrə təhsil alsa da, Yel Dram Ali Məktəbinin dramaturgiya proqramına daxil olmaqla Harvardakı kurslarını yarımçıq buraxıb. 2018-ci ildə onun yazdığı əsərin motivləri əsasında "Zoi" adlı elmi-fantastik drama böyük ekranlara çıxıb. Əsərlərinin ən başlıca özəlliyi Amerikanın orta-sinif təbəqəsini incə şəkildə rişxənd etməsidir. Yazdığı pyeslər əsasında Nyu-York şəhərində 25-dən çox tamaşası qoyulub. “Məni gəzməyə apar” (Take Me Out) adlı pyesi 2003-cü ildə ona “Toni” mükafatı qazandırıb. Tamaşa gözlənilmədən kominqaut edərək, mətbuata “mavi” olduğunu etiraf edən məşhur beyzbolçudan və qalmaqaldan sonra meydana gələn qarşıdurmalardan bəhs edir. Pyes tənqidçilərin rəğbətini qazanıb və “Toni” ilə yanaşı digər mötəbər mükafatlarla da təltif olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: