Kristina Aqilera

Kristina Aqilera

Müğənni, aktrisa

BİOQRAFİYA

Kristina Aqilera 18 dekabr 1980-ci ildə Nyu-Yorkda (ABŞ) doğulub. Müğənni və söz yazarıdır. Atası Amerika Donanmasında çavuş, anası isə ispan dili müəlliməsidir. Atası Ekvadorlu anası isə İrlandiya mənşəllidir. 7 yaşı olanda ana və atası boşandıqdan sonra Kristina anası və bacısı ilə birlikdə nənələrinin yanına, Pensilvaniya ştatına köçürlər. Kristina sonraları yazdığı "Im Ok", "Oh Mother" adlı mahnılarında keçirdiyi çətin uşaqlıq illərindən, xüsusilə atasının fiziki şiddətinə məruz qaldığı illərdən bəhs edir. Kristinanın anası daha sonra Cim Kerns ilə evlənir və soyadını dəyişdirir. Uşaqkən həmişə müğənni olmanın xəyalını quran Kristina, Ette Ceyms, Aretha Franklin, Uitni Hyuston, Madonna, Meray Keri kimi sənətçiləri özünə nümunə götürüb. Uşaqlığında qatıldığı yarışmalarda böyük səsli kiçik qız olaraq adlanan Aqilera, yenə bu yarışmalarda rəqiblərinin qısqanclığı nəticəsində bəzi hücumlara məruz qalır. 15 Mart 1990-cı ildə "Star Search" adlı yarışmaya qatılır və Ette Ceymsin "A Sunday Kind of Love" adlı mahnısını səsləndirir, amma yarışmanı qazana bilmir. 1993-cü ildə "Disney" kanalının "Mickey Mouse Club" adlı şousunda Castin Timberleyk, JC Chasez, Rhona Bennett (sonraları En Vogue qrupunun üzvlərindən biri olub), Ryan Gosling, Britni Spirs və Keri Rassell ilə rol alır. Şou 1994-cü ildə ləğv edildikdə Aqilera, səsyazma studiyalarına göndərmək üçün müxtəlif "demo" qeydlər etməyə başlayır. 1988-ci ildə bir "Disney" istehsalı olan "Mulanda Reflection" adlı mahnını səsləndirir. Bu mahnı sayəsində "Christina RCA Val" ilə razılaşma imzalayır və eyni il mahnı "Ən Yaxşı Mahnı" sayılaraq "Qızıl kürə"yə namizəd olur. 1999-cu ildə öz adını daşıyan ilk albomu çıxır. Albom bir nömrəyə yüksəlir, Amerikada 8 milyon, dünya səviyyəsində 12 milyon tirajla satılır. "Genir in a Bottle", "What a Girl Wants", "Come on Over Baby" (All I Want Is You) bir nömrə olan sinql işləridir. Sonrakı "I Turn to You" mahnısı isə 3 nömrəyə qədər yüksəlir. 2000-ci ildə Aqilera "Ən Yaxşı Yeni Müğənni" nominasiyasında "Qremmi" mükafatını qazanır. Yenə eyni il Kristina Aqilera latın mənşəyini unutmayaraq "Reflejo" adlı ilk ispanca albomunu çıxarır. Bu albom ilk albomunda iştirak edən mahnıların ispanca versiyalarıdır. Aqilera bu səfər də bu albomuyla "Latın Qremmi Mükafatı"nı qazanır. Albom dünya səviyyəsində 2,5 milyon tirajla satılır. Eyni zamanda Dünya Musiqi Mükafatları "İlin Ən Çox Satan Latın Müğənnisi" seçilir. Kristina Aqilera yenə 2000-ci ildə Milad mahnılarından ibarət olan "My Kind of Christmas" adlı bir albom daha çıxarır, bu albom da siyahılarda 28 nömrəyə qədər yüksəlir və 1,5 milyon satır. 2001-ci ildə Riki Martin ilə "Nobody Wants to Be Lonely" adlı mahnısı ilə düet ifa edirlər. Sinql İngiltərə və Almaniyada 5 nömrə, Amerikada ilk 20-yə girir. 29 Oktyabr 2002-ci ildə ikinci albomu "Stripped" işıq üzü görür. İlk həftəsində albom 300.000-dən çox satılır və iki nömrə olur. Sonrakı sinql işləri iki il boyunca olduqca müvəffəqiyyətli olur. O, 2007-ci ildə "Forbes" jurnalına görə 60 milyon qazancla, şoubiznes dünyasının 19-cu ən varlı qadını seçilir. Şəxsi həyatına gəlincə, Kristina rəqsçi Corc Santos ilə iki il birlikdə olur və cütlük 2001-ci ildə ayrılır. 2002-ci ilin əvvələrində Cordan Bratman ilə sevgili olur və 2005-ci ildə cütlük nişanlandıqlarını açıqlayırlar. Onlar 19 noyabr 2005-ci ildə evlənir və bir oğulları olur. Lakin cütlük 2011-ci ildə boşanır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Kristina_Agilera

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç