Mixayil Çernyak

Mixayil Çernyak

Aktyor, radioaparıcı

BİOQRAFİYA
Mixayil Qennadyeviç Çernyak – rusiyalı kino, teatr, dublyaj aktyoru və radioaparıcıdır. 2005-ci ildə Rusiya Federasiyasının əməkdar artisti adını qazanıb. Daha çox “Gülməşəkər şar” cizgi serialında müxtəlif personajların səs aktyoru kimi şöhrət qazanıb. Həmçinin “Transformerlər” saqasından olan filmlərin rus dilinə dublyajında iştirak edib. 13 noyabr 1964-cü ildə Leninqrad şəhərində (indiki Sankt-Peterburq) anadan olub. 1979-1981-ci illərdə Leninqradın Gənc Yaradıcılıq Teatrında oxuyub. 1981-ci ildə 395 saylı litseyi bitirərək, Dövlət Səhnə Sənətləri İnstitutunun dram incəsənəti fakültəsinə qəbul olunub. 1985-ci ildə institutun aktyor-rejissor kurslarını başa vurduqdan sonra Gənclər Teatrının truppasına qoşulub. “Buraxılış gününün gecəsi”, “Üçüncü xoruzlara qədər”, “Qar kraliçası” kimi tamaşalarda iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B5%D1%80%D0%BD%D1%8F%D0%BA,_%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B8%D0%BB_%D0%93%D0%B5%D0%BD%D0%BD%D0%B0%D0%B4%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç