Marina Landa

Marina Landa

Bəstəkar

BİOQRAFİYA

Marina Landa Anatolyevna 11 iyul 1960-cı ildə Leninqrad şəhərində (indiki Sankt-Peterburq) anadan olub. Rimski-Korsakov adına Leninqrad Konservatoriyasının aktyor-rejissor sinifini bitirib. Daha sonra dirijor-xor ifa fakültəsində oxuyub. 1991-ci ildən etibarən ”Radio Rossii” radio stansiyasının musiqili və uşaq proqramlarının aparıcısı və yaradıcısı olub (“Otduşina”, “Muzikalnaya isteriya”, “Koqda ya bıl malenkim” və s.). “Raduqa” uşaq musiqi teatrının bədii rəhbəri və təsisçisidir. Çoxsaylı musiqi və teatr festivallarının laureatıdır. 1991-ci ildən fəal şəkildə pedaqoqluqla məşğul olur. Rusiya və ölkə xaricində masterklaslar verir. Yetişdirdiyi bir çox şagirdlər bugün Rusiyanın teatr, kino və estrada sahəsində çalışır. Kinoda daha çox “Gülməşəkər Şar” cizgi serialının bəstəkarı kimi tanınır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D0%BD%D0%B4%D0%B0,_%D0%9C%D0%B0%D1%80%D0%B8%D0%BD%D0%B0_%D0%90%D0%BD%D0%B0%D1%82%D0%BE%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç