Aleksandr Gerasimov

Aleksandr Gerasimov

Prodüser

BİOQRAFİYA

Aleksandr Petroviç Gerasimov - rusiyalı kino və cizgi filmləri prodüseri, Master-film kino şirkətinin direktorudur. Həmçinin Rusiya Kinematoqraflar İttifaqının animasiya filmləri komissiyasının sədridir. Daha çox “Kor adamın yuxusu” (2004), “Şəhər üzərində” (2010) filmlərinin və “Alisanı ad günü” və “Gülməşəkər Şar” cizgi filmlərinin prodüseri kimi tanınır. 2018-ci ildə Rusiya Federasiyasının əməkdar mədəniyyət xadimi adını qazanıb. 10 mart 1966-cı ildə Moskva vilayətinin Noqinsk şəhərində doğulub. 1985-ci ildə Elektrostal Maşınqayırma Texnikumunu bitirib. 1985-1988-ci illərdə Hərbi Dəniz Qüvvələri donanmasında xidmət çəkib. Hərbi xidməti başa vurduqdan sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Ali təhsilini 1993-cü ildə başa vurub. 1991-1994-cü illərdə ssenarist və rejissorların hazırlanması üzrə Ali Kursların direktor müavini işləyib. 1994-2003-cü illərdə “Şar” adlı məktəb-animasiya studiyasının direktoru vəzifəsində çalışıb. 1996-cı ildə Vyaçaslav Mayasovla birlikdə “Master-film” kinoşirkətini yaradıb və onun baş prodüseri olub. 2006-cı ildə Mayasovun ölümündən sonra şirkətin baş direktoruna çevrilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B5%D1%80%D0%B0%D1%81%D0%B8%D0%BC%D0%BE%D0%B2,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%9F%D0%B5%D1%82%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87_(%D0%BF%D1%80%D0%BE%D0%B4%D1%8E%D1%81%D0%B5%D1%80)

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç