Rihanna

Rihanna

Müğənni, aktrisa

BİOQRAFİYA

Robin Rihanna Fenti 20 fevral 1988-ci ildə Barbadosda dünyaya göz açan Rihannanın uşaqlığı Brictaun şəhərində keçib. Atası Ronald Fenti və anası Monika Fenti də Barbadosda yaşayıblar. Rihannanın özündən balaca Rorrey və Rajad adlı qardaşları var. Təhsilinə Barbadosdakı "Charles F. Broome Memorial" ibtidai məktəbində başlayıb və 15 yaşında "Combermere" adlı musiqi məktəbinə gedərək iki sinif yoldaşıyla birlikdə musiqi qrupu yaradıb. 2003-cü ildə yoldaşları Rihannanın qrupunu, həmin vaxt Barbadosda tətil edən musiqi prodüseri Evan Rocersa tanıdırlar. Evan Rocers qrupa səs testi etdikdən sonra "Rihanna bir dəqiqə mənimlə gəl, digər ikiniz gedə bilərsiniz" deyərək, otağında Rihannadan "Destiny's Child" qrupunun "Emotion" və Meray Kerinin "Hero" mahnısını dinləyir. Bundan sonra prodüser Rihannaya ilk studiya səsyazmasını həyata keçirməkdə kömək edir. ABŞ-da yazılan mahnı bir neçə musiqi şirkətinə göndərilir. Bu nüsxələrdən biri Cey-Ziyə də gəlib çıxır və o, Rihannanı "Def Jam" şirkətinə qəbul edir. Lazımı sınaqlardan uğurla çıxan Rihanna şirkətlə müqavilə imzalayır. Beləliklə, müğənninin həyatında sözün əsl mənasında dönüş baş verir. O anası ilə birliktə Barbadosdan ABŞ-a köçür və çalışmalarını sürətləndirir. Nəhayət 2005-ci ilin 30 avqust tarixində "Music of the Sun" adlı ilk studiya albomunu pərəstikşarlarına təqdim edir. Sözügedən albom nəinki ABŞ-da, eyni zamanda Avropada da böyük rəğbətlə qarşılanır. İlk sinqlı "Pon de Replay" olur və həmin mahnı "Billboard Hot 100"də 2-ci pilləyə qədər yüksəlir. Müğənni 2006-cı ildə isə "A Girl Like Me" adını verdiyi ikinci albomunu çıxarır. Bu albom sayəsində bir çox mükafat alır və albomdakı "SOS" mahnısı "Billboard Hot 100"də 1 nömrəyə qədər yüksəlir. Sonraki il çıxartdığı "Good Girl Gone Bad" albomunda görünüş ve tərzini dəyişdirərək möhtəşəm çıxış edən Rihanna, özündən hər yerdə söz etdirməyi bacarır. Albomdakı "Umbrella", "Shut Up and Drive", "Don't Stop the Music" ən məşhur Rihanna hitləri sırasına daxil olur. Bunlardan "Umbrella" mahnısı ilə ilk "Qremmi" mükafatını qazanan Rihanna, "Entertainment Weekly" tərəfindən də, "2008-ci ilin Divası" seçilir.Bundan başqa çartlara başçılıq etməyə başlayan albom ABŞ və Kanada çartlarının Top 10-luğuna da düşür. Müğənninin ikinci sinqlı isə "If It's Lovin' That You Want" olur. Bugünə qədər 8 "Qremmi" mükafati və ümumilikdə 130-dan çox mükafat qazanıb. Rihanna həmçinin 6 Oktyabr 2012-ci il tarixində "Bakı Crystal Hall"da möhtəşəm konsert verib. Kinoda daha çox “Valerian və min planet şəhəri” (Valerian - 2017), “Dünyanın sonu 2013” (This is the End – 2013) filmləri ilə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Rihanna

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç