Endi Qarsia

Endi Qarsia

Aktyor

BİOQRAFİYA

Andres Arturo Qarsia Menendes 12 aprel 1956-cı ildə Kubanın Behukal şəhərində doğulub. Beş yaşı olanda kommunistlərin hakimiyyətə gəlməsindən sonra ailəsi Amerika Birləşmiş Ştatlarına pənah aparıb. 1978-ci ildə Qarsia Los-Ancelesə köçüb. Aktyor karyerası teatr səhnəsindən başlayıb. Bir neçə kiçik tamaşalara çəkilib. Daha sonra televiziyanın qapıları üzünə açılıb. Bəzi sabun operalarında epizodik rollara çəkilib. Böyük ekranlarda isə ilk əlamətdar rolu rejissor Hel Eşbinin “Ölməyin səkkiz milyon yolu” (1986) filmində oynadığı rol sayılır. Növbəti onilliklər ərzində daha çox kriminal janrda olan filmlərə ikinci dərəcəli rollara, çox vaxt antoqonist rollarına çəkilir. Xarizmatik görkəminə görə çox vaxt İtaliya mafia başçısı rolları ona həvalə olunur. “Xaç atası 3” filmində ikinci plan rola görə “Oskar” mükafatına namizəd olub. Böyük ekranlarda daha çox “Ouşenin on bir dostu” (2001), “Ouşenin on iki rəfiqəsi” (2004), “Xaç atası 3”, “Geoqasırğa” (2017), “İtirilmiş şəhər” (2005), “Modilyani” (2004) filmlərində oynadığı rollarla yadda qalıb. Karyerası ərzində 94 televiziya, bədii filmə və seriala çəkilib. 24 sentyabr 1982-ci ildə Mariya Viktoriya Lorido ilə ailə qurub. Onların uzunömürlü nikahdan 4 övladı var. Qarsiya Kuba azadlıq hərəkatının carçılarından və Fidel Kastro rejiminin qatı əleydarlarından olub. Fidelin ölümündən sonra, “diktatorun milyonlarla insanın həyatını pərişan etməsinə dərindən təəsüflənirəm” deyə Kubada təməl insan azadlıqlarının təmin olunmamasından gileylənib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Andy_Garc%C3%ADa

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç