Cillian Anderson

Cillian Anderson

Aktrisa

BİOQRAFİYA

Cillian Anderson 9 avqust 1968-ci ildə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Homer Edvard "Ed" Anderson III və Rozmari Andersonun (əvvəllər Leyn) ailəsində doğulub. İngilis, alman və irland əsillidir. Uşaqlıqda bioloq olmaq istəyirdi. Məktəbdə dərslərini yaxşı oxuyurdu. 1990-cı ildə Çikaqonun De Pol Universitetində bakalavr dərəcəsi alır. Cillian televiziyada 1991-ci ildən etibarən görünməyə başlayır. Ən məşhur serialı Məxfi materiallar televiziya serialı olub. 1996-cı ildə Cillian "For Him Magazine" jurnalına görə "Dünyanın ən seksual qadını" hesab edilirdi. Cillian iki dəfə evli olub. İlk həyat yoldaşı Klayd Klots ("Məxfi materiallar" serialının bədii rəhbəri) ilə 1994-cü ildə büdpərəst qaydasıyla ailə həyatı qurur və 1997-ci ildə isə boşanırlar. İkinci həyat yoldaşı çoxlu sayda sənədli filmlərin rejissoru olan Cullian Ozann olub. Onunla 2004-cü ildə ailə həyatı qurur, 2006-cı ildə boşanır. Onun Klayd Klotsdan Payper Meri Klots adlı qızı (25 sentyabr 1994) var. "Məxfi materiallar" serialının yaradıcısı Kris Karter, Cillianın 1994-cü ildə doğulan Payper adlı qızının xaç atası olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Cillian_Anderson

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç