Stiven Sefer
Aktyor, ssenarist, rejissor
Stiven Sefer - amerikalı ssenarist, prodüser, rejissor və aktyordur. Daha çox “Sürət: Avtobus 657 (Heist – 2015), “Çatar-çatmaz ölüm” (Dead on Arrival - 2017), “Dörd dəqiqə” (4 minutes – 2011) filmlərinin ssenaristi kimi tanınır. Karyerası ərzində ümumilikdə 6 filmə ssenari yazıb. “Çatar-çatmaz ölüm” (Dead on Arrival - 2017), “Anonim alüdəçi” (Anonymous Addiction - 2015), “Dörd dəqiqə” (4 minutes – 2011), “İpotekaçı” ( The Mortgage Guy - 2008), “Daha bir raund” (One More Round - 2005) filmlərinin rejissoru olub. Aktyor qismində 8 bədii filmin (o cümlədən qısametrajlı filmlərin) çəkilişi və səsləndirilməsində iştirak edib. Ssenari müəllifi olduğu “Sürət: Avtobus 657” trilleri dünyanın 4 mindən çox kinoteatrında nümayiş olunub və böyük kassa uğuru qazanıb. Filmdə özü də ikinci plan aktyor olaraq çəkilərək, Robert De Niro və Ceffri Din Morqanın tərəf- müqabili olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: