Henk Azariya

Henk Azariya

Aktyor, səs aktyoru, rejissor, prodüser

BİOQRAFİYA

Henk Azariya 25 aprel 1964-cü ildə Nyu-Yorkun Quins rayonunda anadan olub. Henkin valideynləri sefard yəhudilərindəndir. Yunanıstandan Amerikaya miqrasiya ediblər. Azariya orta məktəbi bitirdikdən sonra Tafts Universitetində teatr sənətini öyrənib. Daha sonra Amerika dram incəsənət akademiyasında təhsilini davam etdirib. “Dərdindən dəli-divanəyəm”, “Hermanın kəlləsi”, “Bel-Eyr şəhzadəsi” kimi seriallarda epizodik rollar oynayıb. Ardınca ən reytinqli Amerika seriallarından sayılan “Dostlar” sitkomunda ikinci dərəcəli rol - Fibi ilə görüşən nüvə alimi Devid rolunu alıb. Smurflar (The Smurfs) filmi və onun sikvelində zalım və hiyləgər cadugər Qarqamel rolunu oynayıb. İkinci planda çoxsaylı kino rollarının olmasına baxmayaraq kino aktyoru olaraq zirvələrə yüksələ bilməyib. Habelə səsləndirmə aktyoru kimi böyük nailiyyətlər əldə edib. Daha çox “Simpsonlar” serialına böyük töhfələr verib. ABŞ tarixinin ən uzunömürlü cizgi serialında çalışdığı illər ərzində 160-dan çox personajı səsləndirib. Ən məşhur personajları Karl Karlson, hind satıcı Apu, barmen Mo Sizlak, professor Frink və Nik Riveyradır. Aktyor mətbuata verdiyi açıqlamada Mo personajını canlandırarkən Al Paçinonun səs tembri və danışıq üslubunu əsas götürdüyünü bildirib. “Simpsonlar” cizgi serialını səsləndirdiyinə görə 4 dəfə “Emmi” mükafatı qazanıb. 18 iyul 1999-cu ildə “Dərdindən dəli-divanəyəm” serialında birgə çəkildiyi aktrisa Helen Hantla ailə qurub. Ancaq nikahın ömrü uzun çəkməyib. Tərəflər 2000-ci ilin dekabrında yollarını ayırıb. 2007-ci ildən etibarən aktrisa Keti Raytla vətəndaş nikahındadır. Onların 2009-cu il təvəllüdlü oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B7%D0%B0%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç