Darren Şahləvi

Darren Şahləvi

Aktyor

BİOQRAFİYA

Darren Məcyən Şahləvi 5 avqust 1972-ci ildə İngiltərənin Çeşir qraflığında iranlı mühacirlərin ailəsində doğulub. Məcyən adı fars dilində “bizim aslan” anlamına gəlir. Şir burcunda anadan olduğu üçün valideynləri ona bu adı qoyublar. Honkonqa köçdükdən sonra kino karyerasının əsasını qoyub. Uzun müddət kinoda qatil, qanqster rollarını oynayıb, kaskadyor tryuklarını yerinə yetirib. Prodüser vəzifəsində də müəyyən qədər təcrübə toplayıb. 1995-ci ildə ekranlara çıxan “Yanar mələk” filmində prodüser köməkçisi olub. Ara-sıra reklam çəkilişlərində də iştirak edib. Tayvan pivəsinin reklam çarxında Ceki Çanla görüntülənib. Aktor dünyanın bir çox ölkələrinin filmlərinə çəkilib.1995-ci ilə “Mələk və İblis arasında” adlı məşhur komediyada Jerar Depardye ilə birlikdə rol alıb. 1996-cı ildə “Tay boksçusu” kəskin süjetli filmində rol alıb. 1997-ci ildə Nyu-Yorka səfər edərək, “Qanlı ay” filmində qatil rolunu oynayıb. Amerikada kaskadyorluq fəaliyyətini uğurla davam etdirib. Hətta bir müddət Patrik Stüart və Brüs Uillis kimi aktyorların cangüdəni işləyib. Şahləvi karyerası ərzində daha çox rejissor Uve Bolla əməkdaşlıq edib. Onun “Qaranlıqda tək”, “Bladreyn” və “Zirzəmi” adlı filmlərində müxtəlif rollar alıb. Daha çox “İp Mən 2” filmində canlandırdığı antaqonist – ingilis boksçu Teylor Maylos rolu və “Mortal Kombat: İrs” veb-serialında Kano rolu ilə məşhurlaşıb. Yeddi yaşından cüdo, karate və digər döyüş növləri ilə məşğul olur. 14 yanvar 2015-ci ildə dünyasını dəyişib. Aktyorun cansız bədəni ABŞ-dakı evindən tapılıb. Tibbi ekspert müayinəsindən sonra ölümün ürək tutmasından baş verdiyi müəyyən edilib. Onun sol ürək arteriyası 95 faiz tromblaşıb və vaxtına müalicə etmədiyindən ölüm qaçılmaz olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B0%D1%85%D0%BB%D0%B0%D0%B2%D0%B8,_%D0%94%D1%8D%D1%80%D1%80%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç