Sammo Hun
Aktyor, prodüser, ssenarist
Hun Tzinbao (daha çox Sammo Hun adı ilə tanınır) - honkonqlu və amerikalı rejissor, aktyor, prodüser, döyüş səhnələri tərtibatçısı və xoreoqrafdır. Əfsanəvi döyüş növləri ustası və aktyor Brüs Li ilə kinolara çəkilib. Həmçinin Ceki Çanın filmlərində döyüşlər üzrə xoreoqraf. Bəzi filmlərində onunla tərəf-müqabili olub. Sammo Hunun kinematoqrafiyada kunq-fu döyüş filmlərinin müstəqil janr olaraq inkişafında əvəzsiz rolu olub. Honkonq kinosunun ən parlaq simalarındandır. 170-dən çox layihədə iştirak edib. Aktivində ümumilikdə 10 kino və televiziya mükafatı və 23 nominasiya var. Karyerası ərzində 187 televiziya, bədii filmə və seriala çəkilib. Ən çox “İp mən 2”, “Azğın oğulun qayıdışı” (1981), “Medalyon” (2003), “80 gün dünya ətrafında” (2004), “Layihə A” (1983), “Ölüm oyunu” (1978) filmlərində oynadığı rollara görə tanınır. Bədən indeksinin normadan uzaq olmasına baxmayaraq (boyu 168sm olduğu halda çəkisi 100 kiloqramdan çoxdur) çox çevik döyüşçüdür və “Pekin operası” janrı məktəbinin tanınmış yeddi məzunundan biridir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%83%D0%BD,_%D0%A1%D0%B0%D0%BC%D0%BC%D0%BE