Alisiya Uitt
Aktrisa
Alisiya Uitt 21 avqust 1975-ci ildə Massaçusets ştatının Vüster vilayətində doğulub. Uşaq yaşlarından səhnədə çıxış etməyə başlayıb. 14 yaşında orta təhsil haqqında diplomu aldıqdan sonra musiqi və aktyorluq dərsləri almaq üçün Hollivuda köçür. Müxtəlif teleşoularda iştirakından sonra 1984-cü ildə Devid Linçin “Qumsal təpə” filmində Aliya Atreydes rolunu alır. 90-cı illərin əvvəllərində Alisiya Uitt aktrisa kimi çalışır. Bir neçə filmə çəkilən Alisiya, tənqidçilərdən müsbət rəy alır və 1994-cü ildə “Əyləncə xatirinə qətl” filmində oynadığı baş rola görə “Sandens” kinofestivalının xüsusi mükafatına layiq görülür. “Dörd otaq” və “Mister Hollandın əsəri” filmlərindəki ikinci dərəcəli rollardan sonra 1995-1998-ci illərdə “Sibill” komediya serialında baş qəhrəmanın Sibill Şeperdın qızı rolunu alır. Daha sonra “Şəhər əfsanələri” filmində baş qadın qəhrəmanı rolunu oynayır. O “Vanil səma”, “Bildirişli məhəbbət” və “Qəzəbin görünüşü” filmlərində ikinci dərəcəli rolları sayəsində məşhurlaşıb. Uitt 2004-cü ildə “Nibelunqları üzüyü” televiziya mini-serialında çəkilir, ardınca Lifetime kabel qadın kanalı üçün bir neçə telefilmdə yer alır. 2007-ci ildə o Al Paçino ilə uğursuzluq qazanan “88 dəqiqə” filmində çəkilir. Son illərdə əsasən müstəqil filmlərdə və mütəmadi olaraq televiziyada “Qanun və qayda”, “Mentalist”, “Qara cümə işıqları” seriallarında ikinci dərəcəli rollarda oynayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B8%D1%82%D1%82,_%D0%90%D0%BB%D0%B8%D1%81%D0%B8%D1%8F