Ceffri Prays
Ssenarist, prodüser
Ceffri Prays – amerikalı ssenarist və prodüserdir. Daha çox “Vəhşi, vəhşi, Qərb” (Wild Wild West - 1999), “Dovşan Roceri kim aldadıb” (1988), “Qrinç” (How the Grinch Stole Christmas - 2000), “Hollivud həkimi” ( Doc Hollywood - 1991) filmlərinin ssenaristi kimi tanınıb. Karyerası ərzində ümumilikdə 10 bədii/televiziya filminə və seriala ssenari yazıb. “Sonuncu məzuniyyət” (2003) romantik komediyasına ssenari yazmaqla yanaşı, prodüserlik də edib. ABŞ teleməkanının ən populyar və uzunömürlü seriallarından olan “Məzar rəvayətləri” qorxu serialının bir epizoduna rejissorluq və prodüserlik edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: