Ueyn Van

Ueyn Van

Rejissor

BİOQRAFİYA

Ueyn Van 12 yanvar 1949-cu ildə Honkonqda anadan olub. Uşaqlığı doğma şəhərində keçib. Onu atası kumir saydığı aktyor Con Ueynin şərəfinə belə adlandırıb. 17 yaşında olanda tibb məktəbində oxumaq üçün ABŞ-a köçüb. Ancaq sonradan fikrini dəyişərək, kino və televiziya sənətinə maraq göstərib. Beləcə “Kaliforniya İncəsənət Kollecinə daxil olub. Ona müsbət reputasiya qazandıran ilk filmlər 1982-ci ildə lentə aldığı “Çen yoxa çıxıb” filmi və 1985-ci ildə ekranlara çıxan “Dim Sum: Xəfif ürək döyüntüsü” filmi olub. Daha çox “Xadimə xanım”, “Bircə burda yox” və “Sonuncu məzuniyyət” romantik komediyalarının rejissoru kimi tanınır. Ən reytinqli filmləri sırasında “Tüstü”, “Xadimə xanım”, “Bircə burda yox” və “Sonuncu məzuniyyət” filmlərini sadalamaq olar. 2007-ci ildə “Min il ibadət” filminə görə San-Sebastyan Kinofestivalında Qızıl Balıqqulağı mükafatına layiq görülüb. Evlidir. Keçmiş Honkonq modeli olan həyat yoldaşı Kore Miao ilə San-Fransiskoda yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D0%BD,_%D0%A3%D1%8D%D0%B9%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç