Brett Retner

Brett Retner

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Brett Retner 28 mart 1969-cu ildə Florida ştatının Mayami şəhərində (ABŞ) anadan olub. Çeki Çan və Kris Takerin iştirakı ilə “Qaynar saat” (Rush hour) komedik trilogiyası, “Ailəcanlı” melodramı, “Hanibal Lektor” silsiləsindən “Qırmızı Əjdaha" (2002) trillerinin, “X adamlar” saqasının “Sonuncu savaş” (2006) adlı epizodunun və “Herakl” macəra filminin rejissoru kimi şöhrət qazanıb. Anası onu 16 yaşında olanda dünyaya gətirib. Ana tərəfi Şərqi Avropada əvvəl Kubaya, 60-cı illərdə isə Florida ştatına köçmüş yəhudilərdir. Atası isə amerikalı milyonçu biznesmen Ronni Retner oğlu olub. 2006-cı ildə dünyasını dəyişib. 2011-ci ildə Brett bioloji atasını demək olar ki, tanımadığını və onu öz qəyyumluğuna götürmüş Plenk Malniki öz atası olaraq qəbul etdiyini bildirib. Sonuncu Mayami Biçin ən populyar restoranlarından sayılan “Forc”un sahibidir. Yuxarı siniflərdə oxuduğu illərdə İsraildə yaşayıb. 1996-cı ildə təhsilini Mayamidə başa vurub. Daha sonra Nyu-York Universiteti nəzdində kino məktəbində oxuyub. Rejissor debütünü “Rizdən mənə nə?” adlı qısametrajlı filmi ilə gerçəkləşdirib. Karyerasının ilk illərində Amerikanın hip-hop və rep ulduzları üçün video kliplər çəkib.

Ətraflı məlumat üçünü aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Brett_Ratner

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç