Qrey Delayl

Qrey Delayl

Aktrisa

BİOQRAFİYA

Erin Qrey Van Usbri amerikalı aktrisa, ssenarist, müğənni və nəğməkar şairədir. Yaradıcılığında daha çox Qrey Delayl adı altında fəaliyyət göstərir. 24 avqust 1973-cü ildə yük maşını sürücüsü və müğənninin ailəsində dünyaya göz açıb. Valideynlərinin boşanmasından sonra onu, müğənni nənəsi Eva Flores Rut böyüdüb. Qrey karyerasına 1996-cı ildə başlayıb. Daha çox “Betmen: Arkhem şəhəri” (2011), “Həyat kitabı” (2014) cizgi filmləri və “Transformerlər” filmində səsləndirdiyi rollara görə tanınır. IMDB saytının məlumatına görə kifayət qədər məhsuldar karyerası ərzində, 536 televiziya/bədii film, cizgi filmi, serial və video oyunun çəkilişi və ya səsləndirilməsində iştirak edib. Şəxsi həyatına gəlincə 2002-2010-cu illərdə musiqiçi Marri Hemmondla evli olub. Cütlüyün birgə nikahdan 2007-ci il təvəllüdlü oğlu var. 27 iyun 2012-ci ildə Cared Qriffinlə evlənib. Onların iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%BB%D0%B0%D0%B9%D0%BB,_%D0%93%D1%80%D0%B5%D0%B9

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç