Mindi Kon

Mindi Kon

Aktrisa

BİOQRAFİYA

Mindi Kon 20 may 1966-cı ildə ABŞ-ın Los-Anceles şəhərində anadan olub. Aktyorluq sənəti ilə yanaşı sosioloqdur. Adı çəkilən ixtisas üzrə Loyl Universitetinin məzunu olub. “weSpark – xərçəng xəstələrinə maddi-mənəvi dəstək mərkəzinin həmtəsisçilərindəndir. Aktrisa “The Facts of Life” teleşousunda oynadığı rolla məşhurlaşıb. Böyük kinoya “vəsiqəsini” isə aktrisa Şarlotta Reyin hesabına qazanıb. Belə ki, günlərin bir günü Rey digər prodüserlərlə birlikdə Vestleyk məktəbinə baş çəkir, kütləvi səhnə üçün lazımı aktyorları toplamağa çalışır. Məhz orada Rey Mindi ilə tanış olur və ona ilk ciddi müqaviləsini təklif edir.1979-1998-ci illərdə Mindi Kon “The Facts of Life” telelayihəsində iştirak edir. Kinematoqrafiya tarixinin ən uğurlu uşaq aktrisalarından olub. Onun ilk rollarına “Different Strokes”, “The Facts of Life Goes to Paris”, “Table Settings”, “DoubleTrouble”, “The Boy Who Could Fly”, “The Boy Who Could Fly”, “The Facts of Life Down Under” və sair filmlərdə oynadığı rollar daxildir. 2003-cü ildə “What's New Scooby Doo?” cizgi filmində yaratdığı obraza görə “Emmi” mükafatına namizəd olub. 2007-ci ildə “Sex and Death” filmində oynadığı rola görə kino tənqidçilərinin rəğbətini qazanıb. Hazırda Mindi Beverli Hilzdə yaşayır. O, yalnız maraqlı və prestijli layihələrdə iştirakla bağlı təklifləri qəbul edir. Asudə vaxtlarını ailəsi ilə birlikdə keçirməyə üstünlük verir. Həmçinin “alış-veriş” düşkünüdür. Uzun saatlarla müxtəlif dükanları gəzib “şoppinq” etməyi sevir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

http://www.peoples.ru/art/cinema/actor/mindy_cohn/

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç