Kristofer Karter
Bəstəkar
Kristofer Li Karter 5 fevral 1972-ci ildə ABŞ-ın Texas ştatının Beksar rayonunda anadan olub. San Anxelo şəhərində boya-başa çatıb. Hazırda Los-Anceles şəhərində yaşayır. Şimali Texas Universitetinin məzunu olub. Tələbəlik illərində "A Titan's Epitaph" adlı simfonik uvertürasına görə 1992-ci ilin UNT Concerto/Aria competition müsabiqəsinin qalibi olub. Daha çox “Betmen: Ölümcül Zarafat (Batman: Killing Jocker – 2016), “Dünənki gün yalan idi” (Yesterday was a lie – 2008), “Gələcəyin Betmeni” (Batman Beyond – 1999- 2001), “Qisasçılar komandası” (Avengers Assmble – 2013-2018) filmlərinin və seriallarının bəstəkarı kimi tanınır. Karyerası ərzində ümumilikdə 69 bədii və televiziya filmi, serial və video oyuna musiqi bəstələyib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: