Florian Lukas 16 mart 1973-cü ildə Berlində (Almaniya) anadan olub. 17 yaşında tetar tamaşalarında oynamağa başlayır. 1992-ci ildə Peter Veltsin “Bayağı gün” filmində debütü olub. Sonra “Eks” (1994), “Dankl” (1997) və “Unudulmuş həyat” filmlərində çəkilir. Til Şvaygerin “Ağ ayı” filmindən sonra tanınır. ”San Pauli gecəsi” və “Mütləq nəhənglər” filmlərinə görə "New Faces" və Soçi kinofestivallarının mükafatlarına layiq görülüb. Volfqanq Bekkerin “Qud bay, Lenin!” (2003) filminə görə Almaniya Kino Akademiyasının "İkinci dərəcəli aktyor"u mükafatına namizəd seçilir. Növbəti illərdə “Ürək döyüntüsü” (2004), "Azad zona” (2004), “Avropada bir gün” (2004), “Məhəbbət haqqında musiqisiz” (2005) flmlərində çəkilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm0525518/bio?ref_=nm_ov...