Karlos Saldana

Karlos Saldana

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Karlos Saldanya 24 yanvar 1965-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində doğulub. 1991-ci ildə Saldanya ABŞ-a köçüb və Nyu-Yorkda yaşamağa başlayıb. Orada Karlus School of Visual Arts incəsənət məktəbinə daxil olur. 1993-cü ildə təhsilini başa vurduqdan bir müddət sonra “Blue Sky Studios” animasiya studiyasının təsisçilərindən olan Kris Ueclə tanış olur. Kris Karlosu öz şirkətinin rəssamları sırasına qoşulmağa dəvət edir. 2002-ci ildə Saldanya və Uec birgə şəkildə “Buz dövrü” franşizasının əsasını qoyan animasiya filmini çəkirlər. Silsilənin növbəti hissələrinə Saldanya rejissorluq edir. Daha çox “Buz dövrü” (2002), “Buz dövrü 2: Ərimə başlayır”, “Buz dövrü 3: Dinozavrlar erası” (2009), “Buz dövrü 4: Kontinental dreyf” (2012), “Rio” (2011) və “Rio 2” (2014) cizgi filmlərinin rejissoru kimi şöhrət qazanıb. Şəxsi həyatına gəlincə riyaziyyatçı İzabella Skarpa ilə evlidir. Cütlüyün dörd övladı var. Hazırda Nyu-Cersi ştatının Hoboken şəhərində yaşayırlar. Qızları Manoela və Sofia “Buz dövrü: Ərimə başlayır” cizgi filmində personajları səsləndirib. Sofia bundan başqa atasının yaratdığı “Rio” cizgi filmində Linda Qundersonun uşaqlığını səsləndirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%BB%D0%B4%D0%B0%D0%BD%D1%8C%D1%8F,_%D0%9A%D0%B0%D1%80%D0%BB%D1%83%D1%81

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç