Rouson Marşall Törber

Rouson Marşall Törber

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Rouson Marşall Törber 9 fevral 1975-ci ildə San-Fransiskoda (Kaliforniya ştatı, ABŞ) anadan olub. Daha çox “Ortada qaldı” (DodgeBall: A True Underdog Story -2004), “Biz Millerlərik” (We're the Millers – 2013), “Mərkəzi Kəşfiyyat” (Central Intelligence -2016), “Göydələn” (Skyscraper – 2018) filmlərinin rejissoru kimi tanınır. Multimilyoner vəkil, daşınmaz əmlak alqı-satqısı üzrə nəhəng şirkətin sahibi və motivasiya üzrə mühazirəçi Marşal Törberdir. Rouson 1997-ci ildə Yunion kollecini bitirib. Tələbə olduğu müddətdə kollecin futbol yığmasının üzvü olub. Daha sonra Cənubi Kaliforniya Universitetində prodüserlik ixtisası üzrə təhsil alıb. Kino karyerasına 2000-ci illərdə ssenarist köməkçisi kimi başlayıb. 2002-ci ildə “Reebok” idman malları brendi üçün öz yazdığı ssenari əsasında iribüdcəli reklam çarxı çəkib. 2004-cü ildə tammetrajlı kinoda “Ortada qaldı” komediyası ilə rejissor debütünü gerçəkləşdirib. Maykl Çabonun “Pitsburq sirləri” romanının ekran adaptasiyasının müəllifi və rejissorudur. Sözügedən film 2008-ci ildə işıq üzü görüb. 2013-cü ildə karyerasının ən reytinqli filmi olan “Biz Millerlərik” kinokomediyasını lentə alıb. Baş rollara Ceyson Sudekis və Cennifer Enistonun çəkildiyi film turist ailə adı altında Meksikaya yollanıb oradan ABŞ-a iri partiyada narkotik vasitə keçirməyə məcbur qalan dörd bədbəxtin hekayəsini danışır. 2014-cü ilin iyun ayında onun Marvel-in Qarışqa adam filminə rejissorluq edəcəyi barədə xəbər yayılsa da, Törber sonradan layihədən imtina edib. 2016-cı ildə Dueyn Conson və Kevin Hartın iştirakı ilə “Mərkəzi Kəşfiyyat” adlı komediyası böyük ekranlara çıxıb. 2018-ci ildə Dueyn Consonla əməkdaşlığı davam etdirərək, “Göydələn” adlı blokbasteri ərsəyə gətirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Rawson_Marshall_Thurber

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç