Rina Ouen

Rina Ouen

Aktrisa

BİOQRAFİYA

Rina Ouen 22 iyul 1962-ci ildə Yeni Zelandiyanın Bey-of-Aylends bölgəsində anadan olub. Damarlarında maori, valli qəbilələlərinin qanı axır. Həmçinin Avropa əsillidir. Moereva adlı kiçik şəhərdə doqquz övladlı ailədə böyüyüb. Katolizmi qəbul edib. Yerli maori mədəniyyət dərnəklərində və tədbirlərində iştirak edib. Məktəb vaxtı aktyorluq sənətinə maraq göstərib, tez-tez tamaşalarda və müzikllarda səhnəyə çıxıb. Ancaq aktrisa karyerasına başlamazdan əvvəl həkim olmaq barədə düşünürdü. Buna görə 3 il yarım Oklend xəstəxanasının məktəbində tibb üzrə təhsil alıb. Həkim olmaq arzusu ürəyində qalsa da, azından tibb bacısı diplomunu əlinə alıb. Daha sonra Londona yollanıb. 1980-ci illərdə Londonun aktyorluq məktəblərindən birində oxuyub, ardınca Britaniya teatrına ayaq basıb. “Qaçan çay” adlı tamaşada oynadığı rolla məşhurlaşıb. Daha çox “Həyəcan təbili” (2018-xxx) serialı və “Ulduz müharibələri: II epizod” (2002), “Nə vaxtsa döyüşçü olmuşuq” (1994), “Orvill” (2017) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 62 televiziya və bədii filmə, o cümlədən seriala çəkilib. 1989-cu ildə Yeni Zelandiyaya geri dönüb və E Tipu E Rea telekanalında iki seriala çəkilib. Aktrisalıqla yanaşı pyeslər yazıb, tamaşalar qoyub. Taki Rua teatrının təsisçilərindən biridir. Ouen həm rejissor Corc Lukas, həm də Stiven Spilberqin filmlərinə çəkilmiş yeganə aktrisa sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%83%D1%8D%D0%BD,_%D0%A0%D0%B8%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç