Lourens Makor
Aktyor
Lourens Makor 20 noyabr 1968-ci ildə Yeni Zelandiyada anadan olub. Əvvəl yol tikintisində fəhlə işləyən Makor kinoya təsadüfən gəlib; sevgilisini dram kurslarına müşayiət edən zaman onda aktyorluq sənətinə maraq yaranıb. Karyerasına kaskadyor olaraq başlayıb, daha sonra epizodik və ikinci dərəcəli rollara dəvətlər alıb. 2014-cü ildə “Ölü torpaqlar” filminə çəkilib. Filmdə hadisələr Avropalıların hələ Yeni Zelandiya torpaqlarını zəbt etmədiyi dönəmlərdə cərəyan edir. Aborigen qəbilələr arasında torpaqlar uğrunda gedən mübarizə fonunda atasının qisasını almağa çalışan gənc döyüşçüdən bəhs edir. Maori (aborigen) xalqının nümayəndəsidir. Daha çox “Üzüklərin hökmdarı: Kralın qayıdışı” və “Üzüklərin hökmdarı: Üzük qardaşlığı” filmlərində yaratdığı bədheybət obrazları ilə, həmçinin onun trilogiyanın prikveli sayılan “Hobbit: Smauqun xarabalığı” filmində Bolq rolu ilə tanınır. Eyni zamanda 2002-ci ildə ekranlara çıxan Bondiana silsiləsindən olan “Ölməyə başqa gün” filmində Mister Kil obazı ilə məşhurlaşıb. 2014-cü ildə eyni zamanda populyar tarixi “Marko – Polo” serialının çəkilişlərində iştirak edib. Za Binq rolunu oynayıb. Karyerası ərzində ümumilikdə 22 televiziya və bədii filmə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: