Ceyms Rolleston
Aktyor
Ceyms Rolleston 8 iyun 1997-ci ildə Yeni Zelandiyada anadan olub. Daha çox “Oğlan” (2010), “Qara at” (2014), “Ölü torpaqlar” filmlərində oynadığı rollara görə tanınır. “Qara at” filmi 2014-cü ilin oktyabrında ekrana çıxıb. Premyerası 2014-cü ilin 4 sentyabrında Toronto Beynəlxalq Kino Festivalında baş tutub. Rolleston aktyor debütünü rejissor Taika Vaytitinin “Oğlan” filmində gerçəkləşdirib. Ekran əsəri atasına ifrat dərəcədə pərəstiş edən yeniyetmədən bəhs edir. Yeni Zelandiyanın istehsal etdiyi ən uğurlu film sayılır. 2014-cü il karyerasının məhsuldar illərindən sayılır. Əvvəl “Qara at” adlı filmə çəkilir. Filmdə quldur dəstəsinə qoşulması üçün təzyiqlərlə üzləşən Kliff Körtis adlı yeniyetmə obrazını yaradıb. Daha sonra isə aborigen qəbilələr arasında gedən qanlı döyüşlər haqqında olan “Ölü torpaqlar” filmində atasının qisasını almağa çalışan gənc döyüşçü rolunu oynayıb. Rolleston tez-tez Yeni Zelandiyanın reklam çarxlarına o cümlədən "Vodafone" şirkətinin reklamlarına çəkilir. 2016-cı ilin iyulunda dostları ilə birgə Opotiki şəhərinin Otara körpüsündə ağır yol qəzasına uğrayıb. Toqquşma zamanı aşağı ətrafları zədələnib, ağır kəllə beyin travması alıb. Yalnız noyabr ayında tam sağalaraq ilk dəfə olaraq ictimaiyyət qarşısına çıxıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: