Leon Narbey

Leon Narbey

Operator

BİOQRAFİYA

Leon Narbey 2 avqust 1947-ci ildə Yeni Zelandiyanın Helensvil şəhərində doğulub. İlam İncəsənət Məktəbində heykəltaraşlıq ixtisasi üzrə ali təhsil alıb. Habelə Yeni Zelandiya Teleyayım Korporasiyasına qoşulmaqla karyerasını operator olaraq qurub. 70-ci illərdə Cef Stivenin dörd sənədli filmini lentə alıb. Daha sonra bədii filmlərin çəkilişlərinə üz tutub. Daha çox “Balinanı ram edən” (Whale Rider – 2002), “Min bir kəndir” (One Thousand Ropes – 2016), “Orator” (The Orator – 2011), “Ölü torpaqlar” (The Dead Lands – 2014) filmlərinin operatoru kimi şöhrət qazanıb. IMDB məlumat bazasına əsasən karyerası ərzində ümumilikdə 52 televiziya/bədii filmin və serialın çəkilişlərində operator qismində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm0621274/

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç