Qlenn Strendrinq

Qlenn Strendrinq

Ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Qlenn Strendrinq 1950-ci ildə Yeni Zelandiyada anadan olub. Karyerası ərzində 6 film və seriala ( “Spartak: Qan və qum (serial- 1 epizod – 2010), “İdeal varlıq” (2006), “Şeytanlar” və sair filmlərə rejissorluq edib. Daha çox fentezi və qorxu janrlarına üstünlük verir. 9 filmin ( “6 gün”, “Ölü torpaqlar” və sair) ssenari müəllifi olub. Daha çox “Ölü torpaqlar” (The Dead Lands – 2014), “İdeal varlıq” (Perfect creature -2006), “Şeytanlar” (The Truth About Demons – 2000) filmləri üzərində gördüyü işə görə tanınıb. Strendrinq İlam İncəsənət ali məktəbində kinematoqrafiya ixtisası üzrə təhsil alıb. Həmçinin Danedin şəhərində yerləşən Otaqo Universitetini arxeoloq ixtisası üzrə fərqlənmə ilə bitirib. Ancaq Velinqton şəhərinə köçdükdən sonra yerli telekanallardan birinə işə düzəlib və komediya şouları çəkməyə başlayıb. 1992-ci ildə “Zeroqrafika” adlı ilk qısametrajlı bədii filmini lentə alıb. Qadın, kişi və kserokopiya aparatı arasında ekssentrik məhəbbətdən bəhs edir. Sonuncu qısametrajlı filmi – “Lenni Minute One” adlı animasiyası Kann Kinofestivalında nümayiş olunub. Böyük kinoya rejissor qismində ayaq basmazdan əvvəl bir çox filmlərin çəkilişlərində vizual effekt tərtibatçısı işləyib. Rejissor qismində tammetrajlı kino debütünü 2000-ci ildə öz ssenarisi əsasında çəkdiyi “Şeytanlar” adlı aşağı büdcəli bədii filmi ilə gerçəkləşdirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Glenn_Standring

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç