Toa Freyzer
Rejissor
Toa Freyzer 1975-ci ildə Yeni Zelandiyada anadan olub. Fici əsilli kinorejissor və drammaturqdur. Karyerası ərzində 11 televiziya və bədii film lentə alıb. Daha çox “İki nömrəli” (No.2 – 2006), “Dekan Spenli” (Dean Spanley – 2008), “Ölü torpaqlar” (The Dead Lands – 2014),“Dəlibaş” (Daredevil – 2018) filmlərinin rejissoru kimi tanınır. “İki nömrəli” adlı ilk bədii filmi ona 2006-cı ilin Sandens Kino Festivalında “Tamaşaçıların rəyi” mükafatını qazandırıb. İkinci bədii filmi sayılan, baş rollara Sem Nil, Ceremi Nortam və Piter Otulun çəkildiyi “Dekan Spenli” dramının premyerası 2008-ci ilin sentyabrında baş tutub. Üçüncü filmi – “Cizel” 2013-cü ildə Toronto Beynəlxalq Kino Festivalında təqdim olunub. Yeni Zelandiyada avropalıların gəlişi ərəfəsində aborigen qəbilələr arasında gedən amansız müharibədən bəhs edən “Ölü torpaqlar” kəskin süjetli dramı 2014-cü ildə böyük ekranlara çıxıb. Freyzer 1989-cu ildə Oklend şəhərinə köçüb. Seykrid Hart orta məktəbini bitirdikdən sonra Ouklend Universitetində ali təhsil alıb. Atası Yevcin Freyzer BBC və yerli televiziya və radio stansiyalarında aparıcı işləyib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: