Devid Louri
Ssenarist, prodüser, aktyor
Devid Louri 26 dekabr 1980-ci ildə ABŞ-ın Viskonsin ştatının Miliouki şəhərində doğulub. Doqquzövladlı ailənin böyük oğludur. Yeddi yaşı olanda atasının Dallas Universitetində işə düzəlməsi ilə əlaqədar ailəsi İrvinq şəhərinə köçüb. İlk filmini Devid 19 yaşında olanda çəkib (“Lullaby” tərc.”Lay-lay”). 2009-cu ildə Louri küçədə böyüyən bacı-qardaşın hekayəsini danışan “Müqəddəs Nik” filmini lentə alıb. Film SXSW festivalında açıq nümayişə çıxarılıb. 2011-ci ildə Devid “Birinci” adlı qısametrajlı filmin rejissoru və ssenaristi olur. Baş rola Uill Oldhem çəkilir. Qısametrajlı filmin premyerası “Sandens” kinofestivalında baş tutur. 2015-ci ildə Devid Yeni Zelandiyada “Pit və onun əjdahası” adlı filmin çəkilişlərinə başlayır. Baş rollara Oaks Feqli, Brays Dallas Hovard, Ues Bentli, Karl Urban, Robert Redford kimi tanınan aktyorlar çəkilir. Film kino tənqidçilərinin etimadını qazanıb. Filmin uğurundan sonra "Disney" şirkəti Piter Penini yeni versiyasının rejissoru və ssenaristi təyin edir. 2016-cı ildə Keysi Afflek və Runi Maranın iştirakı ilə “Kabusun hekayəsi” filmini çəkir. Dünya premyerası 22 yanvar 2017-ci ildə “Sandens” kinofestivalında baş tutur. 2016-cı ilin oktyabrında isə Keysi Afflek və Robert Redford Devidin “Qoca və silah” adlı növbəti filminə çəkilir. Çəkilişlər həmin ilin may ayında başa çatır. 2018-ci ildə isə Devid “Sarı quşlar” adlı hərbi drama ssenari yazıb. Filmin rejissoru fransız əsilli tanınmış klipmeyker və rejissor Aleksandr Murs olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BE%D1%83%D1%80%D0%B8,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4