Patrik Şvartsnegger

Patrik Şvartsnegger

Aktyor, fotomodel

BİOQRAFİYA
Patrik Arnold Şrayver Şvartsnegger Arnold Şvartsnegger və Mariya Şrayverin oğludur. Patrik Şvartsnegger 18 sentyabr 1993-cü ildə Los-Ancelesdə dünya şöhrətli aktyor və keçmiş kulturist, sabiq Kaliforniya qubernatoru Arnold Şvartsnegger və jurnalist-publisist Mariya Şrayverin ailəsində dünyaya gəlib. 2 bacısı və 2 qardaşı var. Arnold Şvartsnegger övladlarını intizamlı şəkildə böyüdüb. Qubernator postunda siyasi karyerası zamanı uşaqlarına az vaxt ayırmağa başlayıb. Atasının latın amerikalı ev xidmətçisi ilə keçmişdə baş vermiş gizli əlaqələrinin (ondan nikahdan kənar oğlu var idi) ortaya çıxmasından sonra valideynləri boşanıb və Patrikin anasının soyadını götürdüyü barədə xəbərlər yayılıb. Ancaq soyadının dəyişdirilməsi ilə bağlı xəbər sonradan öz təsdiqini tapmayıb. Buna baxmayaraq Tvitter hesabında Patrik Şvartsnegger adını Patrik Şrayver adına dəyişib. 2012-ci ilin iyun ayında Brentvud məktəbini bitirib. 2012-ci ildə Cənubi Kaliforniya universitetininə daxil olub. Şəxsi həyatına gəlincə 2012-ci ildə onun Müstəqillik Gününü Teylor Sviftlə romantik gecə keçirdiyi barədə şayələr yayılsa da, sonradan məşhur müğənni ilə görüşənin Patrikin qardaşı olduğu məlum olub. 2014-cü ilin payızından müğənni Mayli Sayrusla görüşməyə başlayıb. 2015-ci ildə isə yollarını ayırıblar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B2%D0%B0%D1%80%D1%86%D0%B5%D0%BD%D0%B5%D0%B3%D0%B3%D0%B5%D1%80,_%D0%9F%D0%B0%D1%82%D1%80%D0%B8%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç