Skott Spir

Skott Spir

Rejissor, prodüser, aktyor

BİOQRAFİYA

Skott Spir 5 iyun 1982-ci ildə San-Dieqo şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Cənubi Kaliforniya Universiteti nəzdində Ali Kino və Televiziya Məktəbini bitirib. Prodüsser olaraq debütü 2003-cü ildə “Ritm” filmi ilə baş tutub. 23 yaşında olanda reklam çarxları və musiqi klipləri çəkən tanınmış “HSI Productions” şirkəti ilə müqavilə bağlayıb. 2006-cı ildə "Bella Traicion" adlı klipinə görə ən yaxşı rejissor debütü nominasiyasında MTV Video Music Award mükafatına layiq görülüb. Növbəti bir neçə ili Skott klassik müzikl ulduzu Eşli Tisdeylin kliplərini çəkməklə məşğul olub. Tisdeyldən savayı, Will.I.Am və Cordin Sparks kimi tanınmış ifaçıların da kliplərini lentə alıb. 2010-cu ildə ilk serialını – “Qeyri-adi rəqqaslar legionu” çəkir. 2012-ci ildə isə artıq ona “İrəli addım 4” tammetrajlı bədii filmin çəkilişini həvalə edirlər. 33 milyon dollarlıq büdcəsi olduğu halda 140 milyon dollar kassa gəliri götürür. Elə həmin il Skottun yazdığı “Immortal City (Ölümsüz şəhər)” adlı ilk kitabı işıq üzü görür. Roman mələyə aşiq olmuş yeniyetmə qızdan bəhs edir. Skott bu silsilədən olan 3 roman yazıb. 2013-cü ilin aprel ayında isə “Natural Born Angel” (Anadangəlmə mələk)” adlı romanını çap etdirib. 2015-ci ildə Skottun başqa bir müəllifin bestseller əsərinin "Break My Heart 1000 Times” romanının ekran adaptasiyası üzərində işə başladığı barədə xəbər yayılıb. Skott eyni zamanda “Karterin axtarışında”, “Tələ” və “Fəryad” seriallarının rejissoru və ya prodüseri qismində çıxış edib. Şəxsi həyatına gəlincə ifaçı Eşli Tisdeyllə əməkdaşlığı zamanı onunla uzunmüddətli romantik münasibətləri olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ruspekh.ru/people/item/skott-spir-scott-speer

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç