Svusi Körts

Svusi Körts

Aktrisa

BİOQRAFİYA

Svusi Körts 6 sentyabr 1944-cü ildə Nebraska ştatının Omaxa şəhərində (ABŞ) doğulub. Yazıçı Marqo Körts və keçmiş hərbi-hava qüvvələri polkovniki Frenk Körtsün ailədə yeganə övladı olub. Müharibə qəhrəmanı olan və çoxsaylı medallarla təltif olunmuş atası, onu ikinci dünya müharibəsi zamanı idarə etdiyi və hazırda ABŞ hərbi hava qüvvələri Milli Muzeyində saxlanılan yeganə B-17D Flying Fortress bombardmançısının (Swoose) şərəfinə Svusi adlandırıb. Körts aktrisa karyerasına 1970-ci illərdə teatr səhnəsinə başlayıb. Tədricən populyarlaşdıqdan sonra kino və televiziyada ən tələb olunan aktrisalardan birinə çevrilib. 10 dəfə “Emmi” mükafatına namizəd olub və birində qalib gəlib. Teatrda isə beş dəfə “Toni” mükafatı namizədi olub, iki dəfə qalib gəlib. 1989-cu ildə isə “Qızıl Qlobus” mükafatına namizəd olub. 1991-1996-cı illərdə “Bacılar” teleserialında baş rolu ifa edib. Həmçinin dramatik serialda ən yaxşı qadın rolu nominasiyasında “ABŞ Aktyorları Gildiyası"nın mükafatına namizəd olub. Böyük kinoda ən əlamətdar filmləri: “Təhlükəli əlaqələr” (1988), “Yalançı, yalançı” (1997), “Böyük şəhər, gur işıqlar” filmləri sayılır. Şəxsi həyatına gəlincə 1964-1970-ci illər ərzində Coşua Uaytla görüşüb. Həyatında heç vaxt rəsmi nikahda olmayıb. Övladı yoxdur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%91%D1%80%D1%86,_%D0%A1%D0%B2%D1%83%D1%81%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç