Leyla Behti

Leyla Behti

Aktrisa

BİOQRAFİYA

Leyla Behti 6 mart 1984-cü ildə Əlcəzairin İssi-le-Mulino şəhərində anadan olub. Monruj şəhərciyində teatr təmayüllü "Jenevye Moris" litseyini bitirəndən sonra altı ayda Stefan Jildanın teatr kurslarında iştirak edir. Daha sonra Berenjer Bastinin art-studiyasında məşğul olur. 2005-ci ildə Şeytan filminin sınaq çəkilişlərində müvəffəqiyyət qazanır. Həmin filmdə Jasmin rolunu oynuyub və Monika Beluççi və Vensan Kassel kimi ulduzlarla birgə kamera qarşısına çıxıb. Öz aktyor oyunu ilə rejissor Ceraldin Nakkaşın diqqətini cəlb edir və nəticədə onun filminə dəvət olunur. “Paris mən səni sevirəm” filmində oynadığı rolla məşhurlaşıb. Ona qədər isə çoxsaylı mükafat və nominasiyalar qazanmış və ən yaxşı xarici dilli film nominasiyasında “Oskar” mükafatına namizəd olmuş “Peyğəmbər” filmində Cəmilə rolunu oynayıb. Behti ərəb əsilli fransalı aktyor Tahar Rəhimin həyat yoldaşıdır. Onunla “Peyğəmbər” filminin çəkilişlərində tanış olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D1%85%D1%82%D0%B8,_%D0%9B%D0%B5%D0%B9%D0%BB%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç