Morris Çestnat

Morris Çestnat

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Morris Lamont Çestnat (kiçik) 1 yanvar 1969-cu ildə Serritosa şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Evlidir. 1995-ci ildə Pamela Bizlə ailə qurub. Onların 1997-ci il təvəllüdlü Qrant adlı oğulları və 1998-ci il təvəllüdlü Peyc adlı qızları var. Bundan başqa əvvəlki faktiki nikahdan olan övladı da var. Çestnat “Philadelphia Eagles”, “Los Angeles Lakers” və “USC Trojans” idman klublarının fanatıdır. Aktyorluqla yanaşı peşəkar poker oyunçusudur. “Full Tilt Poker” onlayn poker klubu ilə sponsor müqaviləsi var. Daha çox “Mühasirədə 2: Qara ərazi” (prokat adı: “Niko 2” -1995), “Kickass 2” (2013), “Anakonda 2” (2004), “Küçə uşaqları” (1991) filmlərində və Amerika teleməkanının ən populyar siyasi seriallarından olan “Kart Ev” dramında oynadığı rollara görə tanınır. Karyerası ərzində 51 televiziya, bədii film və serialın çəkilişlərində iştirak edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B5%D1%81%D1%82%D0%BD%D0%B0%D1%82,_%D0%9C%D0%BE%D1%80%D1%80%D0%B8%D1%81

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç