Henri Rollins

Henri Rollins

Müğənni, aktyor, aparıcı, publisist

BİOQRAFİYA

Henri Rollins – amerikalı rok ifaçı, musiqiçi, aktyordur. Kinoda daha çox “Conni Mnemonik” (1995), “Ziyafət” (1997), “İtmiş şosse” (1997), “Qarşıdurma” (1995) filmlərində oynadığı rollara görə tanınır. Ümumilikdə 68 filmə və seriala çəkilib. Həmçinin publisist və televiziya və radio aparıcısıdır. Musiqi aləmində “Black Flag” və “Rollins Band” rok qruplarının frontmenti olaraq məşhurlaşıb. Solo ifalarında və konsertlərində ABŞ-dakı mövcud siyasi-sosial vəziyyəti kəskin şəkildə pisləyir. Keçmiş Buş administrasiyasının qatı tənqidçilərindən idi. Onu çıxışları zamanı təhqir etməkdən belə çəkinmirdi. “Anarxiyanın övladları” serialına yaratdığı obrazla tamaşaçıların sevgisini qazanıb. 2 mövsüm ərzində ümumilikdə 13 epizoda çəkilib və neonasist dəstənin başçısı rolunun öhdəsindən böyük məharətlə gəlib. Sağ qalma tipli realiti şousunun aparıcısı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Henry_Rollins

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç