Kolin Stetson

Kolin Stetson

Bəstəkar, musiqiçi

BİOQRAFİYA

Kolin Stetson 3 mart 1975-ci ildə Ann-Arbor şəhərində (ABŞ) doğulub. Hazırda Monrealda yaşayır. Bas-saksafonla yanaşı klarnet, bas-klarnet, valtorn, fleyta və kornetdə də ifa edə bilir. “Arcade Fire”, “Bell Orchestre” və “Bon İver” kimi qrupların üzvü olub. Bir çox tanınmış müğənnilər və ifaçılar, o cümlədən Tom Ueyts, Arcade Fire, TV on the Radio, Bon İver, My Brightest Diamond, Lori Anderson, Devid Birn, Coli Holland, Şineyd Okonnor, LCD Soundsystem, The National, Entoni Brekston və digərləri ilə əməkdaşlıq edib. Kinoda daha çox “Rover” (2014), “Yerə eniş (*Arrival)” (2016), “Miras” (2018), “Pas və sümük” (2012) filmlərinə yazdığı saundtreklərə görə tanınıb. Ümumilikdə 12 filmin və serialın bəstəkarı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm2715764/

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç