Marina Salas

Marina Salas

Aktrisa

BİOQRAFİYA

Marina Salas Rodriqes 17 oktyabr 1988-ci ildə Barselonada (İspaniya) anadan olub. Uşaqlığından bəri həmyaşıdlarından seçilib. Müxtəlif cizgi filmi qəhrəmanlarını təqlid edib və bu onda yaxşı alınıb. Aktyorluq istedadına malik qızcığaz “Komissar” serialının rejissorunun diqqətindən yan keçmir. Beləcə seriala ikinci dərəcəli rola dəvət olunur. 2000-ci ildə Marina Salas eyni vaxtda iki seriala – “Şəhər xəstəxanası” və “Şəhər dekoru” seriallarına çəkilib. 2006-cı ildə aktrisa “Kataloniya” serialının epizodlarından birində görüntülənir, daha sonra isə “Sənsiz” adlı filmdə baş qəhrəmanın qızı rolunu oynayır. 2007-ci ildə “Geri sayım” serialında epizodik rol oynayıb. Bir ildən sonra Marina “Orda kimsə var?” serialına ikinci dərəcəli rola dəvət olunur. 2010-cu ildə “Lope de Veqa: Qadınları tovlayan kişi” filminin çəkilişlərində iştirak edir. Elə həmin il “Göyün yeddinci qatında” adlı kəskin süjetli romantik dramda baş qəhrəmanın rəfiqəsi roluna çəkilir. 2011-ci ildə Salas “Mələk və İblis” serialının epizodunda Lüsi adlı lal qız obrazını yaradır. 2012-ci ildə “Ruletkalar kralı” filmində Vanessa roluna çəkilir. Həmin il eyni zamanda “Göyün yeddinci qatı” filminin sikvelində əvvəlki rolunu davam etdirib. “Lope de Veqa: Qadınları tovlayan kişi”, “Göyün yeddinci qatında”, “Göyün yeddinci qatında 2” filmlərində oynadığı rollara görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%BB%D0%B0%D1%81,_%D0%9C%D0%B0%D1%80%D0%B8%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç