Yaşar Baxış
Bəstəkar, aranjimançı, musiqiçi
Yaşar Baxış 19 aprel 1966-cı ildə Bakı şəhərində xalq şairi Hafiz Baxış və həkim-nevropatoloq Elmira Rəsulovanın ailəsində doğulub. Ailədə özündən böyük qardaşı Toğrul olub. Oğlanlar kiçik yaşlarından ziyalı mühitdə böyüyüb tərbiyə alıblar. Valideynləri uşaqlarını sevir və onların yaradıcılıq inkişafında fəal iştirak edirdilər. Ailə Sumqayıta köçəndə Yaşar hələ bir neçə aylıq idi. Yeddi yaşında Yaşar orta məktəbdən əlavə musiqi məktəbinin fortepiano şöbəsində də oxumağa başlayır. Kiçik yaşlarından istedadını tam büruzə verən Yaşar, Azərbaycan televiziyasının yayımladığı konsertlərdə iştirak edirdi. Lakin 12 yaşında olarkən, tam şəkildə musiqi təhsilini bitirməmiş, onun fortepianoya olan marağını gitara əvəz edir. Məhz gitaraya olan marağı ona əvvəlcə Sumqayıtda, sonralar isə Bakıda uğur gətirir. Azərbaycanın məşhur mədəniyyət xadimi, rok-musiqiçisi, gitaraçı, səs rejissoru, bəstəkar və aranjimançısı, "Bez Qrima", "Papa Jack" rok-qruplarının yaradıcısıdır. Aşağıda qeyd olunan mahnıların - Avroviziya mahnı müsabiqəsinin iştirakçılarının ifa etdiyi mahnıların aranjimançısıdır: "Day After Day" (2008), "Drip Drop" - etno-versiya (2010), "When the Music Dies" - etno-versiya (2012), "Sing your Song" televiziya mahnı müsabiqəsinin rəhbəri (“Lider” telekanalı, 2004-2005-ci illər), ANS TV-də yayımlanan ”Bizimkilər” layihəsinin musiqi və bədii rəhbəridir. Hafiz adlı oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D1%85%D1%8B%D1%88,_%D0%AF%D1%88%D0%B0%D1%80_%D0%A5%D0%B0%D1%84%D0%B8%D0%B7_%D0%BE%D0%B3%D0%BB%D1%8B