Fernando Qonzales Molina
Rejissor
Fernando Qonzales Molina - ispaniyalı rejissor, ssenarist və prodüserdir. Tanınmış italiyalı yazıçı Federiko Moççianın eyniadlı romanı əsasında lentə aldığı “Göyün yeddinci qatında”, “Göyün yeddinci qatında 2” filmlərinin rejissoru kimi məşhurlaşıb. Onun ilk işi Beatris Karvaxalın baş rola çəkildiyi “Sürət” adlı qısametrajlı film olub. Sözügedən lent “Festival de Medina del Campo” kinofestivalının laureatı olub. “Astorga” festivalında tamaşaçıların rəyi kateqoriyasında mükafat qazanıb, həmçinin “ənyaxşı qısametrajlı film” nominasiyasında “Blockbuster” mükafatı ilə təltif olunub. 2008-ci ildə Fernando “Pako və onun adamları” serialının bir neçə epizodunu çəkib. Növbəti işi “Beyin axını” adlı komediyası olub. 2010-cu ilin may ayında Molina “Göyün yeddinci qatında” filmini çəkməyə başlayır. Mario Kasas və Mariya Valverde kimi tanınan aktyorları baş rollara dəvət edir. Film dərhal beynəlxalq blokbasterə çevrilir, ən yüksək reytinqləri qazanır. Lentin fantastik uğurundan sonra 2012-ci ildə onun sikvelini çəkir. 2015-ci ildə Lus Qabanın eyniadlı romanı əsasında “Qar üzərində palma” filmini lentə alır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: