Cey Fero
Aktyo
Cey Fero amerikalı aktyor, yumorist və parodiyaçıdır. Aktyorluq sənətinə uşaqlıq illərindən həvəs göstərib. Oğlunun istedadını aşkarlayan ata onun üçün evdə konsertlər və konkurslar təşkil edirdi. 15 yaşında olanda Cey artıq Virciniya ştatının klublarında səhnələrə çıxaraq komik monoloqları hesabına pul qazanırdı. Orta məktəbi bitirdikdən sonra Fero Virciniya Universitetinin kollecinə daxil olur və biznes sahəsi üzrə təhsil alır. Parallel olaraq səhnə fəaliyyətini davam etdirir. Cey Zi, Uill Smit, Edi Mörfi, Treysi Morqan, Kris Taker, Lil Ueyn, Kendrik Lamar, Denzel Vaşinqton, Ben Karson , Kris Rok və keçmiş ABŞ prezidenti Barak Obamanı təqlid edə bilir. 2010-cu ildə Barak Obamanı təqlid etdiyi videounu YouTube-a yerləşdirməklə Amerikada məşhurlaşıb. Aktyor fəaliyyəti ilə yanaşı musiqi ilə də məşğul olur. 2016-cı ildə ilk rep albomu işıq üzü görüb. Televiziyada ilk dəfə olaraq populyar “Şənbə axşamı canlı” tokşousuna çıxıb. 2011-ci ildə cizgi filmlərinin və animasiya seriallarının səsləndirilməsi ilə bağlı çoxsaylı təkliflər gəlməyə başlayıb. Kinoda daha çox ikinci plan rollara çəkilib. “Portlandiya” adlı satirik serialda Selma Bler, Kayl MakLalan, Obri Plaza, Stiv Buşemi, Ceff Qoldblum kimi aktyorlarla tərəf-müqabili olub. 2018-ci ildə rejissor Stiven Soderberqin “Halbahal” qorxu filmində ikinci plan rola çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: