Coşua Leonard
Aktyor, rejissor, ssenarist
Coşua Leonard amerikalı aktyordur. Daha çox “Bler ifritəsi” (1999), “Əgər sağ qalsam” (2014), “Gülməli və ağlamalı” (2009) filmləri və “Birlikdə” televiziya dramında oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 83 televiziya filmi, serial və bədii filmə çəkilib. Coşua Leonard 17 iyun 1975-ci ildə ABŞ-ın Texas ştatının ən iri şəhəri sayılan Hyüstonda dünyaya göz açıb. Kino debütünü 1999-cu ildə “The Blur of İnsanity” və “Bler İfritəsi” adlı qorxu filmlərinə çəkilməklə gerçəkləşdirib. 2005-ci ildə rejissor, ssenarist qismində özünü sınayaraq “Daxilimizdəki cavanlıq” adlı qısametrajlı filmi lentə alıb. 2009-cu ildə “Gülməli və ağlamalı” adlı filmdə baş rola çəkilib. Beynəlxalq Xixon kinofestivalında həmin filmdə oynadığı rolsa görə “İlin aktyoru” kateqoriyasında mükafata layiq görülüb. 24 may 2015-ci ildə aktrisa Elison Pillə evlənib. 19 noyabr 2016-cı ildə cütlüyün Uaylder Qreys Leonard adlı qızları dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Joshua_Leonard