Britt Robertson

Britt Robertson

Aktrisa

BİOQRAFİYA

Brittani Leanna (Britt) Robertson 18 aprel 1990-ci ildə Şimali Karolina ştatının Şarlott şəhərində anadan olub. Uşaqlığı Cənubi Karolinanın Qrinvil şəhərində keçib. Yeddi uşaqlı ailənin ilkidir. Üç bacısı və üç qardaşı var. Hamısı anasının nəzarəti altında evdə təhsil alıb. On dörd yaşında olanda Los-Ancelesə köçüb. Nənəsinin evində qalaraq, televiziyada özünə iş tapmağa çalışıb. On altı yaşında ABC kanalında çıxmalı olan “Müəyyən yaşlı qadın” sitkomunun pilot epizoduna dəvət olunsa da, serial işıq üzü görmür. “Həyat sirrlərlə doludur” (2010-2011) və “Gizli halqa” (2011-2012) seriallarında oynadığı rollarla tanınmağa başlayıb. “İlk dəfə” (2012), “İstədiyini məndən istə” (2014), “Uzaq yol” (2015) və “Gələcəyin Yer Kürəsi” (2015) adlı filmə çəkilib. İlk əlamətdar rolu “Qardaşın nişanlısına vurulmaq” (2007) filmində oynadığı Stiv Kerellin yeniyetmə qızı rolu olub. Növbəti il CBS telekanalında yayımlanan “Svinqerlər şəhəri” serialına çəkilib. Reytinqin aşağı olmasına görə serialın ömrü cəmi bir mövsüm olub. Robertson eyni zaman “C.S.İ.: Cinayət yeri”, “Qanun və Qayda: Xüsusi korpus”, “Qanun və Qayda: Cinayət niyyəti” seriallarında qonaq aktrisa qismində iştirak edib. 2010-cu ildə “Həyat sirrlərlə doludur” serialında ilk baş rolunda debüt edir. Şou tənqidçilərin müsbət rəyini qazansa da, reytinqlərdə aşağı göstəriciyə malik olub. Ona görə də, iki qısa mövsümdən sonra efirdən çıxarılıb. Ardınca “Gizli halqa” serialında baş rolu ifa edib. Sonuncunun ömrü isə cəmi 1 mövsüm çəkib. 2012-ci ildə Robertson “İlk dəfə” filminə çəkilib. Daha sonra CBS telekanalının “Günbəz altında” serialında rol alıb. İkinci mövsümün 1-ci epizodundan serialın çəkiliş heyətindən ayrılıb. 2013-cü ildə rejissor Bred Bördün iribüdcəli “Gələcəyin Yer Kürəsi” adlı fantastik-macəra filmində Corc Kluni ilə birlikdə baş rolu ifa edib. Şəxsi həyatına gəlincə, 2011-ci ildə “İlk dəfə” filminin çəkilişlərində tanış olduğu aktyor Dilan Obrayenlə görüşür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%BE%D0%B1%D0%B5%D1%80%D1%82%D1%81%D0%BE%D0%BD,_%D0%91%D1%80%D0%B8%D1%82%D1%82

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç