Skott Kuper

Skott Kuper

Aktyor, rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Skott Kuper 20 aprel 1970-ci ildə ABŞ-ın Virciniya ştatında anadan olub. “Çılğın ürək (Crazy Heart)” (2009), “Simurq (Out of Furnace)” (2013), “Qara Messa (Black Mass)” (2015), “Düşmənlər” (Hostiles) (2017) filmlərinin rejissoru kimi məşhurlaşıb. Uşaqlığı Virciniya ştatının Abinqdon şəhərində keçib. 1988-ci ildə doğma şəhərində orta məktəbi bitirib. Daha sonra Nyu-Yorka köçərək Teatr və Kino İnstitutunda aktyorluq sənəti üzrə ali təhsil alıb. 1992-ci ildə ali təhsilini başa vuraraq, bakalavr dərəcəsini əldə edib. 2014-cü ildə isə Hempden Sidney Kollecində humanitar elmlər üzrə elmi dərəcəsini alıb. Evlidir. Həyat yoldaşı Ceklin Kuper və iki qızı – Yeva və Stella ilə Los-Anceles şəhərində yaşayır. 10 ildən çox kino və televiziya sahəsində aktyor kimi çalışıb. 2009-cu ildə isə Ceff Bricsin baş rola çəkildiyi “Çılğın ürək” filmində rejissor kürsüsünə əyləşib. "Fox Searchlight Pictures" şirkətinin buraxdığı film tənqidçilərin rəğbətini qazanıb, bir sıra mükafatlara o cümlədən, ən yaxşı aktyor və ən yaxşı orijinal musiqi nominasiyalarında “Oskar" mükafatına layiq görülüb. Rejissor Ridli Skot, prodüser Maykl Kostiqan, həmçinin aktyor Leonardo DiKaprio Skottun həmin filmdə gördüyü işi çox bəyəniblər. Skota “The Low Dweller” adlı kino layihədə rejissor və ssenarist qismində iştirak etmək təklifi gəlir. İdeyaya görə baş rola Leanardo DiKaprio çəkilməli olub. Ancaq Kuper mövcud ssenarinin üzərində bir sıra düzəlişlər və əlavələr edir. Appalçiyada böyüməsi və uşaq olanda qardaşını itirməsi kimi öz həyat təcrübəsini qələmə alıb və baş qəhrəmanın personajına mükəmməl şəkildə “hopuzdura” bilib. Nəticədə sonradan filmin adı “Simurqa (Out of Furnace)” dəyişdirilib və baş rola Kristian Beyl çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Scott_Cooper_(director)

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç