Uilyam Levi
Aktyor
Uilyam Levi 29 avqustda 1980-ci ildə Havanada (Kuba) anadan olub. Ailəsi yəhudi əsillidir. 14 yaşında Mayamiyə (ştat Florida) emiqrasiya edib. Aktyor peşəsini əvvəlcə Los-Ancelesdə öyrənir, daha sonra Mayami və Mexikoda davam etdirir. Televiziyada onun ilk işi amerikanın ispandilli "Telemundo" kanalında 2 realiti-şouda iştiraki idi: "Isla de la Tentación" və "Protagonistas de Novela 2". Aktyor qismində isə 2008-ci ildə "Retazos de Vida" adlı filmdə çəkilib. Sonradan o bir çox Amerikanın ispandilli seriallarında və Meksika telenovellalarında iştirak edib. Daha sonra Meksikaya köçür və 2007-ci ildə «Mələklə yavaş ol» adlı serialda baş rolda çəkilir, 2011-ci ildə isə "Triunfo del Amor" telenovellasında iştirak edib. 11 iyul 2009-cu ildə katolikliyi qəbul edib. 2011-ci ildə "People" jurnalının ispandilli nəşrinin "Dünyanın 100 ən seksual kişisi" adı altında üz qabığında çəkilib. Aktrisa Elizabet Qutierrezlə evlidir, 2 uşağı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: