Boris Kodco
Aktyor
Boris Kodco 8 mart 1973-cü ildə Avstriyanın paytaxtı Vyanada doğulub. Anası Ursula alman psixoloq, atası Erik Kodco Qanalı həkim olub. Anasının nənəsi yəhudi olub və Holokost hadisələri zamanı həlak olub. Nənəsi isə bütün müharibəni faşist təqibindən gizlənib və sağ qalıb. Altı yaşında olanda valideynləri boşanıb. 2002-ci ildə “People” jurnalı Kodconu dünyanın ən yaraşıqlı 50 insanı siyahısına daxil edib. 2002-ci ildə “Qara şəkər” filminə və Nikol Ari Parkerlə “Ruhun qidası” serialına çəkilib. Çəkilişlərdə tanış olan cütlük sonradan ailə qurub. 2005-ci ilin oktyabrında “Qospel” filmində keşiş Fred Teylorun dəcəl oğlu rolunu oynayıb. Daha sonra Brüs Uillisin baş rola çəkildiyi “Surroqatlar” adlı elmi-fantastik trillerdə Stoun rolunda çıxış edib. 2009-cu ildə Kodconun “Gizli polis” serialında baş rola çəkiləcəyi elan edilib. Başlıca olaraq ABŞ-da fəaliyyət göstərir. Daha çox “Gizli polis (Undercovers)” serialında Stiven Blum və “Şər sakini 3D: Axirət” və “Şər sakini: Qisas” filmlərində Lütor Vest rolları ilə məşhurlaşıb. 2010-cu ilin sentyabrında populyar teleşounun premyerası baş tutub. Elə həmin il “Şər sakini 3D: Axirət” filmində Lüter Vest roluna çəkilib. 2012-ci ildə isə filmin sikvelində həmin rolda çıxış edib. Kodco sərbəst şəkildə fransız, alman və ingilis dillərində danışır. Həmçinin ispan dilində anlayır və az-çox danışa bilir. 21 may 2005-ci ildə aktrisa və keçmiş model Nikol Ari Parkerlə Almaniyanın Qundelfinqen şəhərində evlənib. Onların üç övladı var. Ailə Los-Anceles şəhərində yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D0%B4%D0%B6%D0%BE,_%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81