Peyc Ohara

Peyc Ohara

Aktrisa

BİOQRAFİYA

Peyc Ohara 10 may 1956-cı ildə ABŞ-ın Florida ştatında anadan olub. Amerikalı aktrisa, səs aktrisası, müğənni və rəssamdır. Karyerasını 1983-cü ildə Brodvey aktrisası olaraq başlayıb. “Showboat” müziklında Elli Mey Çipli obrazını canlandırıb. 1991-ci ildə Disneyin “Gözəl və Bədheybət” cizgi filmində baş qəhrəman Belleni səsləndirib. Animasiyanın tənqidçilər arasında və kassa uğurundan sonra cizgi filminin çoxsaylı sikvelləri və spinoff-larında “Gözəl” rolunu davam etdirib. Uşaqlığı Florida ştatında keçib. Nova orta məktəbinə gedib. Daha sonra Parkuey incəsənət məktəbində oxuyub. Fort Lauderdeyl Uşaq Teatrının truppasının üzvü olub. 12 yaşında olan müğənniliyə həvəsi yaranıb, ona görə də incəsənət təmayüllü məktəbə baş vurub. Ohara Amerikalı aktrisa və müğənni Cudi Qarlendi öz kumiri sayır. Cizgi filmlərinin inkişafına verdiyi töhfələrə görə 2011-ci ilin avqus ayında Disney Əfsanəsi fəxri mükafatı ilə təltif olunub. Yaşlanma ilə əlaqədar səsinin dəyişilməsinə görə 2011-ci ildə Belle personajını Culya Nathenson səsləndirməyə başlayıb. Buna baxmayaraq Belleni səsləndirən aktrisa kimi Disneyin promo turlarında və tədirlərində iştirak edir. Ohara aktyor Maykl Pionteklə evlidir. Cütlük 1989-cu ildə tanış olub. 6 il görüşdükdən sonra 1995-ci ildə münasibətlərini rəsmiləşdiriblər.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Paige_O%27Hara

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç