Ancela Lensberi
Aktrisa
Ancela Lensberi — Amerika-İngiltərə aktrisası və müğənnisi. Ancela Bricit Lensberi aktrisa Moyna MakQill və biznesmen Edqar Lensberinin ailəsində anadan olub. Gələcək aktrisanın babası leyborist partiyasının lideri Corc Lensberi idi. İkinci dünya müharibəsi vaxtı anası və iki kiçik qardaşı ilə Kanadaya köçürlər. Çox keçmədən isə ABŞ-a gedirlər. Ancela Lensberinin kinoda ilk rolu rejissor Corc Kyukorun 1944-cü ildə çəkdiyi "Qaz işığı" filmində olub. Həmin ekran əsərində onun tərəf-müqabilləri tanınmış aktyorlar Şarl Buaye və İnqrid Berqman idi. Gənc aktrisa elə o zaman ikinci planda ən yaxşı qadın roluna görə "Oskar"a namizəd göstərilmişdi. Lakin buna baxmayaraq mükafatı qazana bilməmişdi. İkinci filmi olan "Dorian Qreyin portreti"nə görə Ancela Lensberi Amerika Kino Akademiyasının mükafatına namizəd olub. Aktrisanın sözlərinə görə o, baş qəhrəmanlardan birini ifa etmək istəyirdi. Amma "Metro-Goldwyn-Mayer" kino şirkətinin rəhbərləri Lensberini xarakterik rollara və xüsusilə də bacı, sevgili, ana rollarını təklif edirdilər. Ancelanın 22-23 yaşı olanda studiya ona Frenk Kapranın "Nikahda olmaq" filmində Spenser Treysinin 45 yaşlı sevgilisi rolunu verdi. 1962-ci ildə Ancela Lensberinin çəkildiyi ən tanınmış film olan "Mancur namizəd" ekranlara çıxır. Bu politik trillerdə Lensberi xanım Ayslin rolunu ifa edirdi. O, bu rola görə "Qızıl qlobus" və ABŞ Kinotənqidçilərinin Milli Şurasının mükafatına layiq görülüb. Lensberi həm də "Oskar"ın ən real qalibi hesab olunurdu. Lakin son anada heykəlcik "Möcüzə yaratmaq" filmindəki roluna görə aktrisa Patti Dükə verildi. 1984-cü ildə aktrisa "Qətli o yazdı" serialındakı Cessika Fletçer roluna razılaşdı. Serial 12 il göstərilərək çox məşhur oldu. Bu müddət ərzində serialın 33 rejissoru olmuşdu. Cessiki Fletçer roluna görə aktrisa 12 dəfə "Emmi" mükafatına layiq görülmüş, ancaq qalib ola bilməmişdi. Şəxsi həyatına gəldikdə isə Ancela hələ 19 yaşı olanda aktyor Riçard Kromuell ilə ailə qurmuşdu. Amma bu nikah çox sürmədi və cəmi 1 ildən sonra onlar boşandılar. 1946-cı ildə aktyor Hard Heffildin gecəsində Lensberi irland aktyoru Piter Şou ilə tanış olur. 3 ildən sonra onlar ailə qururlar. Bu nikahdan onların 2 övladı dünyaya gəlir. Onların bağladığı nikah şou-biznes tarixində ən uzun sürən nikahlardan hesab olunurdu. Belə ki, onların ailəsi 2003-cü ildə Piterin ölümünə qədər davam etdi.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ancela_Lensberi